Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb
10:17 3 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nazim Süleymanov 18 futbolçuya dəvət göndərib. Onlardan 7-si "Qəbələ"ni təmsil edir. Heyətdə Ukrayna "Şaxtyor"u və Hollandiya "Den Boş"undan çağırılmış legionerlər də var.
SOYAD, AD
KLUB Hacıyev Ruslan Qarabağ Camalov Famil Qarabağ Cəfərov Yusif Kəpəz Əliyev Emil İnter Bayramlı Tural Sumqayıt Əliyev Əli Sumqayıt Krivotsyuk Anton Neftçi Buludov Ömər Neftçi Camalov Camal Zirə Orucov Elnur Qəbələ Süleymanov Süleyman Qəbələ Seydiyev Amin Qəbələ Hacıyev Hacıağa Qəbələ Muradov Rövlan Qəbələ Dəmirov Elvin Qəbələ Nəbiyev Fərid Qəbələ Xaçayev Murad Şaxtyor (Ukrayna) Əzizov Ziya Den-Boş (Hollandiya)
Təqvimə əsasən, Litvada keçiriləcək ilk seçmə mərhələ oyunlarına oktyabrın 4-də start veriləcək. Həmin gün Azərbaycan millisi Avstriya ilə üz-üzə gələcək. Oktyabrın 6-da rəqib Bosniya və Herseqovina, oktyabrın 9-da isə Litva olacaq. Hər 3 oyun saat 15:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-yigmasinin-avropa-cempionatinin-ilkin-secme-merhelesi-ucun-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR