Türkan toyuna 10 gün qalmış xərçəngə tutuldu - FOTO

Türkan toyuna 10 gün qalmış xərçəngə tutuldu - FOTO
10:32 3 Oktyabr 2016
660 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə Türkan adlı ibtidai sinif müəlliməsinin başına xoşagəlməz hadisə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, toyuna 10 gün qalmış xərçəng xəstəsi olduğunu öyrənib.

Türkan toyunda geyinəcəyi gəlinliyi son dəfə yoxlamaq üçün geyinərkən sinə hissəsinin dar gəldiyini görüb. O, sinəsinin birinin digərinə nisbətən böyüdüyünü hiss edib. Əvvəlcə buna əhəmiyyət verməsə də, nişanlısı onu xəstəxanaya aparıb. Məlum olub ki, qadın xərçəng xəstəliyinə tutulub. 

Türkan nişanlısına ayrılıq təklif etsə də, sevgilisi onun əlindən tutaraq xəstəliklə birlikdə mübarizə aparacaqlarını deyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/475409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR