Kamran Ağayev penaltini belə dəf etdi - VİDEO

Kamran Ağayev penaltini belə dəf etdi -   VİDEO
10:37 3 Oktyabr 2016
120 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev ötən axşam “Boavişta”nın heyətində Portuqaliya çempionatının növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qolkiper VII tur matçında “Moreyrense” ilə ev qarşılaşmasında forma geyinib.

Qarşılaşmanın baş hakimi 26-cı dəqiqədə “Boavişta”nın qapısına penalti təyin edib. Amma Kamran qonaqlara sevinmək imkanı verməyib. O, Roberto Rodriqonun zərbəsini dəf edərək komandasını xilas edib.

30-cu dəqiqədə Roşa Lukas, 86-cı dəqiqədə İdrisin qolları ilə “Boavişta” qələbə qazanıb - 2:0.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR