Millimizin sabiq güləşçisi "İŞİD" üçün kamikadze hazırlayırmış

Millimizin sabiq güləşçisi "İŞİD" üçün kamikadze hazırlayırmış
10:42 3 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

İraqda öldürülən Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayevin "İŞİD"dəki fəaliyyəti və idmançını Mosula aparan yollar üzə çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa çempionunun yaraqlılara qoşulması anidən baş verməyib.

O, xalça üzərində ilk qələbələrindən sonra çox yeniyetmə bir qızla evlənib. 2 ildən sonra onların bir qızı olub ki, körpəyə Dağıstan üçün qeyri-adi olan Xəttab adını qoyub.
 
Rusiyalı həmkarlarımızın yazdığına əsasən, Çamsulvarayevin "İŞİD"də əsas vəzifəsi kamikadzelər hazırlamaq olub. O, ancaq qadın və qızları bu işə cəlb edirmiş.
 
Sabiq güləşçimizin yaraqlılara 2014-cü ildə qoşulduğu vurğulanır. Peşəkar idmanı atan güləşçi adını da həmin vaxt dəyişib və "Al-Bara" olub. Həmkarlarımız Çamsulvarayevin "İŞİD"ə qoşulan güləşçilər arasında ən titullusu olduğunu da qeyd ediblər. Onların yazdığına əsasən, sabiq təmsilçimizə qədər bir çox idmançılar öldürülsə də, bu yaraqlıların içərisində ən tanınmışı olub.
 
Qeyd edək ki, 2000-ci illərdə milliləşərək Azərbaycan yığmasına cəlb olunan Çamsulvarayev ölkəmizə 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazandırıb. Həmçinin, 2009-cu ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR