Təyyarəyə civə keçirtdi: 6 istiqamətə uçuş təxirə salındı

Təyyarəyə civə keçirtdi: 6 istiqamətə uçuş təxirə salındı
10:57 3 Oktyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb.

Milli.Az report-a istinadən bildirir ki, buna səbəb aeroportda civə axıntısı olub.
Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər.
Aeroportun mətbuat xidmətindən bildirilib ki, ümumilikdə, 6 uçuş təxirə salınıb. Onlardan 3-ü daxil, 3-ü isə beynəlxaq reysdir: "Almatı-Tbilisi istiqamətinə uçan "Aer Astan" hava şirkətinə məxsus təyyarənin sərnişinlərinin üzərində keçirilən şəxsi yoxlama zamanı bir nəfərdə civə aşkarlanıb. Hava limanının əməkdaşları uçuşun təhlükəsizliyi baxımından ondan mayeni təhvil verməsini istəyiblər. O isə heç bir xəbərdarlıq etmədən həmin mayeni zibil qutusuna atıb, maye axmağa başlayıb. Ona görə də sərnişinlər təxliyə ediliblər. Hazırda hava limanının iş rejimi bərpa olunub".  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR