Bakıda müəllim şagirdi döyüb, valideyn polisə şikayət edib

Bakıda müəllim şagirdi döyüb, valideyn polisə şikayət edib
11:12 3 Oktyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda yerləşən 104 saylı orta məktəbdə şagird döyülüb.
Rayon Polis İdarəsindən (RPİ) “Report”a daxil olan məlumata görə, bununla bağlı uşağın valideyni RPİ-yə şikayət edib.
Məlumata görə, Tanrıverdi Nəcəfov adlı valideyn Suraxanı RPİ-yə müraciət edərək bildirib ki, oğlu 2006-cı il təvəllüdlü F.N. məktəbdə İradə adlı müəllim tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR