Bu ölkənin əhalisi əsrin fürsətindən imtina etdi

Bu ölkənin əhalisi əsrin fürsətindən imtina etdi
11:17 3 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyalılar FARC terror təşkilatı ilə sülh müqaviləsi imzalanmasının əleyhinə çıxıblar. 

Milli.Az axar.az-a istinadən bildirir ki, ölkədə keçirilən referendumda əhalinin 50,23%-i  terror təşkilatı ilə imzalanan sülh müqaviləsinin əleyhinə çıxıb. Sülh müqaviləsi əleyhdarları bu addımı atmalarına əsas səbəb kimi hakimiyyətin terror təşkilatına qarşı həddən artıq yumşaq davranmalarını göstəriblər. 
 
Qeyd edək ki, bir müddət öncə Kolumbiya hökuməti FARC terror təşkilatı ilə sülh müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, terror təşkilatı silahı yerə qoyacaq və 2018-ci il seçkisində iştirak edəcəkdi. Üstəlik, hökumət 2026-cı ilə qədər terror təşkilatına parlamentdə 10 zəmanətli yer verəcək, bunun qarşılığında FARC narkoticarətdən əl çəkəcəkdi. 
 
FARC-la hökumət qüvvələri arasında savaş 1964-cü ildən bu yana davam edir. Bu savaş indiyə qədər 250 min nəfərin ölümünə səbəb olub, 6 milyon nəfər evindən didərgin düşüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR