İtaliyalı klubu Murat Yakını baş məşqçi postundan istefaya göndərib

İtaliyalı klubu Murat Yakını baş məşqçi postundan istefaya göndərib
11:17 3 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ İtaliyanın "Udineze" klubunun rəhbərliyi Murat Yakını baş məşqçi postundan istefaya göndərib. "Report"un məlumatına görə, bu qərar A Seriyasının VII turunda "Latsio"ya 0:3 hesablı məğlubiyyətlə bitən oyundan sonra verilib.
Hazırda "zebrlər" 7 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıblar. Komandanı aşağı liqaya eniş zonasından cəmi 1 xal ayırır.
Qeyd edək ki, Murat Yakın "Udineze"yə mayda baş məşqçi təyin olunmuşdu. 42 yaşlı mütəxəssis bu vəzifədə Luici De Kanionu əvəzləmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/i-taliyali-klubu-murat-yakini-bas-mesqci-postundan-istefaya-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR