Yığmamız Litvaya 18 futbolçu ilə gedir

Yığmamız Litvaya 18 futbolçu ilə gedir
11:22 3 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Nazim Süleymanov Litvada keçiriləcək qrup oyunlarında 18 futbolçuya güvənəcək.

Təcrübəli mütəxəssis "Qəbələ"dən daha çox - 7 oyunçunu heyətə cəlb edib. Litvaya yollanan 18 nəfərlik heyətdə 2 futbolçu ölkə xaricində çıxış edir.
 
Yığma seçmə mərhələdə Ruslan Hacıyev, Famil Camalov (hər ikisi "Qarabağ"), Yusif Cəfərov ("Kəpəz"), Emil Əliyev   ("İnter"), Tural Bayramlı, Əli Əliyev (hər ikisi "Sumqayıt"), Anton Krivotsyuk, Ömər Buludov (hər ikisi "Neftçi"), Camal Camalov ("Zirə"), Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Elvin Dəmirov, Fərid Nəbiyev (hamısı "Qəbələ"), Murad Xaçayev ("Şaxtyor", Ukrayna), Ziya Əzizova ("Den-Boş", Hollandiya) güvənəcək.
 
Qeyd edək ki, millimiz oktyabrın 4-də Avstriya, 6-da Bosniya və Herseqovina, 9-da Litva ilə görüşəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR