Milli komandamızın üzvü Eddi İsrafilov zzədələnib. Fanat.Az xəbər verir ki, İspaniyanın “Kadiz” klubunun formasını geyinən futbolçu “Rayo Valyekano” ilə oyunda zədə alıb.
Start heyətində meydana çıxan Eddi 68-ci dəqiqədə əvəzlənib. Onun zədə səbəbindən əvəzləndiyi bildirilir. Futbolçunun durumuna hələ aydınlıq gəlməyib.
Qeyd edək ki, "Kadiz" “Rayo Valyekano”ya 0:3 hesabı ilə uduzub. İsrafilovun komandası 8 turdan sonra turnir cədvəlində 22 komanda arasında 17-ci yerdə qərarlaşıb.
Fanat.Az