Güləşçilərimiz I Avropa Oyunlarına hazırlıqlara başlayıblar (FOTO)

Güləşçilərimiz I Avropa Oyunlarına hazırlıqlara başlayıblar (FOTO)
13:13 5 Yanvar 2015
280 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Güləş üzrə yığma komandalarımız Bakıda 12-28 iyun 2015-ci il tarixdə keçiriləcək I Avropa Oyunlarına hazırlıqlara start verib.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildiriblər ki, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayır.

Sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışında olacaq. Yanvarın 7-dən 24-dək davam edəcək təlim-məşq toplanışında böyüklərdən ibarət yığma komandadan 21, gənclərdən ibarət yığmadan 9 güləşçi iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri isə, baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışında olacaq. Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.

Təlim-məşq toplanışları başa çatdıqdan sonra güləş yığmalarımız Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2349869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR