Samuxda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Samuxda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
12:22 3 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr.  REPORT.AZ/ Samux rayonunda pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon sakini Ceyhunə Mustafayevaya məxsus evdən 100 manat pul və qızıl-zinət əşyakarı oğurlanıb.
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Zeynal Zeynalov və Samux rayon sakinləri, əvvəllər məhkum olunmuş Tural Hüseynov və Əli Ağayev tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/samuxda-ogurluqla-mesqul-olan-deste-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR