Kamil Samiraldonu təhqir edib - açılışda qalmaqal!

Kamil Samiraldonu təhqir edib -  açılışda qalmaqal!
12:36 3 Oktyabr 2016
1306 Şou
Ölkə mətbuatı
A- A+

Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib.

Axşam.az big.az-a istinadən xəbər verir ki, məclisə daxil olan Samiraldo idmançının hədəfinə tuş gəlib.

Mikrofonu əlinə alan idmançı stilistin nəslini, kökünü söyüb, təhqir edib. Bununla kifayətlənməyən Kamil stilistə meyvə atmağa başlayıb. K.Zeynallı bildirib ki, onun olduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.

Sayt məsələni dəqiqləşdirmək üçün Samiraldo ilə əlaqə saxlayıb. Stilist xəbəri inkar etməyib. Samiraldo hələ də şokda olduğundan məsələ barədə danışmaq istəməyib. O, tezliklə açıqlama verəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR