Bakı. 3 oktyabr. REPORT.AZ/ Şəki rayonunda tikintisi başa çatmayan hoteldən oğurluq edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Sahib Yusifova məxsus tikilməkdə olan hoteldə baş verib.
Belə ki, sentyabrın 30-da naməlum şəxs tikintiyə daxil olaraq, oradan 1800 metr elektrik naqili və inşaat materialları oğurlayb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkldaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəki şəhər sakini Ramin Yusifov tutulub.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalara başlanılıb.