Hava küləkli olacaq

Hava küləkli olacaq
13:14 5 Yanvar 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında  mülayim cənub küləyi ilə əvəz olunacaq.

 
Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

 

Sabah rayonlarda əsasən yağmursuz hava müşahidə ediləcək. Cənub-qərb küləyi dağlıq ərazilərdə güclənəcək.

 

Aran rayonlarında sabah gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Küləkli hava şəraiti iki gün ərzində davam edəcək.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR