Hindistan və Pakistan Kəşmir üzrə danışıqlar aparıb

Hindistan və Pakistan Kəşmir üzrə danışıqlar aparıb
13:27 3 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Hindistan və Pakistanın milli təhlükəsizlik üzrə məsləhətçiləri telefonla danışıqlar aparıb və mübahisəli Kəşmir ərazisini ayıran nəzarət xəttində gərginliyi azaltmaq üçün tədbirlər görmək barədə razılığa gəliblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan baş nazirinin beynəlxalq əlaqələr üzrə müşaviri Sartac Əziz jurnalistlərə açıqlamasında məlumat verib.
"Pakistanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Nasir Cancua və onun hindistanlı həmkarı Acit Doval ölkələr arasında gərginliyi azaltmaqla bağlı müzakirələr aparıb. Hər iki rəsmi nümayəndə nəzarət xəttində gərginliyi azaltmaq üçün əlaqələr qurmağın zəruri olduğunu vurğulayıb", - deyə S.Əziz bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR