Messi yüngül qaçışlara başlayıb

Messi yüngül qaçışlara başlayıb
13:57 3 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Lionel Messi reabilitasiya prosesinin ikinci fazasına başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunun məqsədi oktyabrın 19-da "Mançester Siti" ilə keçiriləcək Çempionlar Liqası matçına kimi hazır olmaqdır. Fizioterapevtlə intensiv işdən sonra ulduz futbolçu oktyabrın 3-dən yüngül qaçışlara başlayıb.

Messi "Atletiko" ilə 5-ci turda keçirilmiş oyunda zədələnmişdi. İspan mediasının məlumatına görə o, oktyabrın 15-də "Deportivo" ilə görüşdə 30 dəqiqə meydanda ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR