Bakıda avtomobil vəzifəli şəxsi vurub, sürücü qaçıb

Bakıda avtomobil vəzifəli şəxsi vurub, sürücü qaçıb
13:57 3 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Keçən həftə avtomobil tərəfindən vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, avtomobillə vurularaq xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Feliks Bayramov Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, hadisə sentyabrın 29-da saat 20 radələrində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən F.Bayramov vurulub və o, xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli tutulub.
Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-avtomobil-vezifeli-sexsi-vurub-surucu-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR