Ağabala Ramazanovun 100-cü oyunu

Ağabala Ramazanovun 100-cü oyunu
14:07 3 Oktyabr 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının VII turu “İnter”in hücumçusu Ağabala Ramazanov üçün yubileylə əlamətdar olub. Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu ölkə çempionatında 100-cü oyununu keçirib. 


“Zirə” ilə görüşədək (1:1) hesabında 99 qarşılaşma olan hücumçu matçda hesabı açmaqla yubileyini qolla qeyd edib. Bu, onun Premyer Liqada 14-cü qolu olub. Ramazanov “İnter”də keçirdiyi 7 qarşılaşmada 3 qol vurub. Ağabala bunadək daha 3 klubda oynayıb. O, “Neftçi” (1 oyun), “Xəzər Lənkəran” (59 oyun, 6 qol) və “Sumqayıt”ın (33 oyun, 5 qol) şərəfini qoruyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-aabala-ramazanovun-100-cu-oyunu-t53046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR