"Neftçi" Aleksandr Deriberinlə müqavilə bağladı

"Neftçi" Aleksandr Deriberinlə müqavilə bağladı
14:12 3 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" ukraynalı məşqçi Aleksandr Deriberinlə müqavilə bağlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək.

Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində "Drujba" Maykop (1985-1989, 1992-1993), "Spartak" Anapa (1990), "Ximik" Beloreçensk (1991) və "Etalon" (1991) klublarının şərəfini qoruyub. Ukraynanın "Nafkom" (2005-2007), "Zvezda" Kirovoqrad (2010-2011) və "Desna" (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib.
 
Köməkçi məşqçi kimi isə "Niva" (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR