GMO məhsullar təhlükəlidirmi?

GMO məhsullar təhlükəlidirmi?
14:37 3 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Geni dəyişdirilmiş qidalar insan və heyvan sağlamlığı üçün təhlükəli deyil. Onlar xərçəng, piylənmə, həzm problemləri, autizm və allergiyaya səbəb olmur.

Milli.Az publika.az-a istinadən bildirir ki, ABŞ Milli Elmlər Akademiyası alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
388 səhifəlik hesabat 2 ilə hazırlanıb. Onun hazırlanmasında Milli Elmlər Akademiyası ilə yanaşı, texnologiya və tibb sahəsində çalışan 50-dən çox elm adamı, kənd təsərrüfatı, sənaye ekspertləri iştirak edib.

Tədqiqat aparılarkən ilk dəfə geni modifikasiya olunmuş bitkilər istifadə edilib. Son 20 ildə bu mövzuda hazırlanmış 900-dan çox tədqiqat işi və məlumat araşdırılıb.
Məlum olub ki, geni modifikasiya olunmuş bitkilər fermerlərin gəlirini artırsa da, məhsuldarlığa çox da ciddi təsir etməyib. Düzdür, bəzi yerlərdə zərərvericilərin sayı azalıb, lakin onlar herbesidlərə qarşı davamlıdırlar. Hazırda GMO-ların əsas xüsusiyyəti zərərvericilər və alaq otlarına qarşı istifadə edilən herbesidlərə qarşı davamlı olmalarıdır.

"Genetik modifikasiya olunmuş bitkilər: təcrübə və perspektivlər" adlı hesabatda ətraf mühit və sosial vəziyyətin bu bitkilərə təsiri, eləcə də məhsulların təhlükəsizliyinə də diqqət ayrılıb.
Hesabat hazırlanarkən ötən əsrin 90-cı illərindən GMO-dan istifadə edilən ölkələr ABŞ, Kanada, Böyük Britaniya və Qərbi Avropa ölkələrində əhalinin sağlamlığı haqqında məlumatlar incələnib.
Məlum olub ki, ötən əsrin 90-cı illərindən bu vaxta qədər ABŞ və Kanadada əhalinin sağlamlıq vəziyyətində ciddi bir pisləşmə müşahidə edilməyib.

Bundan başqa, piylənmə və II növ diabet xəstəliklərinin də geni modifikasiya olunmuş məhsullarla heç bir əlaqəsi müəyyən olunmayıb. Autizm isə bütün dünyada olduğu kimi Böyük Britaniya və ABŞ-da müşahidə edilib.
Ümumiyyətlə, hesabatda bildirilib ki, genetik cəhətdən modifikasiya olunmuş bitkilərlə insanların sağlamlıq problemləri arasında əlaqə yoxdur.
Aparılan araşdırmalara əsasən, dünyada əkin sahələrinin 12%-də geni dəyişdirilmiş məhsullar əkilib. Buna baxmayaraq Avropa kənd təsərrüfatında geni dəyişdirilmiş məhsulların əkininə ciddi nəzarət edilir.

Bu gün istehlakçıları geni dəyişdirilmiş məhsulların təsiri narahat edir və məhsul alarkən GMO olmamasına xüsusi diqqət yetirir. 2015-ci ildə ABŞ-da GMO-suz məhsulların satışından 10 milyard dollar əldə olunub. Hətta GMO-suz etiketlər bir trendə çevrilib.
ABŞ Milli Elmlər Akademiyasının bir hesabatı ilə insanların GMO-ilə bağlı fikirləri dəyişməyəcək. Lakin nəzərə almaq lazımdır ki, bu prixoloji deyil, elmi araşdırmadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR