Bakıda Sergey Yeseninə həsr olunmuş sərgi açılacaq

Bakıda Sergey Yeseninə həsr olunmuş sərgi açılacaq
14:42 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda yerləşən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) oktyabrın 5-də tanınmış rus şairi Sergey Yesenin anadan olmasının 121 illiyinə həsr olunmuş "Mənim diyarım, düşüncəli və incə..." adlı sərginin açılışı olacaq.
"Report" RİMM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sərgidə Rusiyanın Ryazan vilayətinin Konstantinovo kəndində yerləşən Sergey Yesenin Dövlət Qoruq Muzeyi tərəfindən təqdim olunmuş fotoşəkillər, rəsm əsərləri, heykəllər, yazılı nəşrlər və məişət əşyaları göstəriləcək. Bu muzey tərəfindən təqdim edilən ekspozisiya Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək.
Sərgi Rusiyanın Azərbaycandakı səfirliyi və "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi, Ryazan vilayətinin Mədəniyyət və Turizm Nazirliyi, S.Yesenin Dövlət Qoruq Muzeyinin rəhbərliyi tərəfindən təşkil olunub.
Sərginin açılış mərasimdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin, Ryazan vilayətinin mədəniyyət və turizm naziri Vitali Popovun, S.Yesenin Dövlət Qoruq Muzeyinin direktoru Boris Yohansonin, məşhur ədəbi alimlərin, mədəniyyət xadimlərinin, ictimaiyyət və media nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/bakida-sergey-yesenine-hesr-olunmus-sergi-acilacaq1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR