Gəncədə oğurlanmış 50 min manat “Cahan Holding”in seyfindən götürülüb

Gəncədə oğurlanmış 50 min manat “Cahan Holding”in seyfindən götürülüb
14:42 3 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 29-da Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev Gəncə şəhərində yerləşən şirkətlərin birinin seyfindən 61250 manat və 6000 ABŞ dolları oğurlayblar.

Bildirilirdi ki, şirkətin rəhbəri Asif Əliyevin atası, Vasif Əliyevinsə əmisidir.

Milli.Az DİN-ə istinadən bildirir ki, oğurluq "Cahan Holding" MMC-nin Gəncə şəhər filialında baş verib.

Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da "Cahan Holding" MMC-nin Gəncə şəhər filialından quldurluq yolu ilə içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparmış Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR