Külək geri qayıdır

Külək geri qayıdır
13:16 5 Yanvar 2015
148 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 6-da və 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 6-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal küləyi günü ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=317793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR