Əməkdar artist Zöhrə Abdullayeva bəzi müğənniləri tənqid edib.
Axşam.az-ın məlumatına görə, ifaçı “10-dan sonra” verilişində sənətçilərin xalqa hörmət qoymadığını bildirib:
“Pullananda çaşırlar. Kasıbçılıqdan gəlib, xalqın pulunun gücünə varlanırsınız, sonra qudurursunuz. El qəbul etmirsə, nə etsəniz, lüt soyunsanız da, sizi sevməyəcəklər. Çoxları mənə nifrət edir. Bəyənmədiyim adamların mənə sevgisi lazım deyil”.