"Arka Sokaklar"ın aktyoru "FETÖ"-çü çıxdı

"Arka Sokaklar"ın aktyoru "FETÖ"-çü çıxdı
15:27 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Kanal D-nin 10 ildən artıq yayımlanan "Arka Sokaklar"ın aktyoru FETÖ-çü imiş.

Milli.Az bildirir ki, "Haberler"in yazdığına görə, Türkiyədəki çevriliş cəhdindən sonra "Arka Sokaklar"ın yeni seriyalarında bu mövzudan bəhs etməsi tamaşaçılar tərəfindən müsbət qarşılanmışdı.

Rejissor Orhan Oğuz gündəmdəki FETÖ əməliyyatını seriala daşıyacaqlarını ifadə edərək "Rza Babanın qrupundan bir adam çıxacaq" demişdi. Oğuzun bu sözlərindən sonra serialın aktyor və aktrisaları həmin şəxsin kim olması barədə müzakirə aparıblar.

Bu sualın cavabı serialın son bölümündə bilinib. Rza Babanın qrupundakı " Hakan Komiser"in FETÖ-yə xidmət etdiyi məlum olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR