x
Loading...
.

ADB Azərbaycana 1 mln. dollarlıq yardım paketini təsdiq edib

ADB Azərbaycana 1 mln. dollarlıq yardım paketini təsdiq edib
15:32 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+
.

Bakı. 3 oktyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “Dəmir yolunun inkişafı Proqramı”nın icrası üçün ayırdığı 1 mln. ABŞ dolları həcmində texniki dəstəklə bağlı xüsusi maliyyələşməni təsdiqləyib. 
“Report”un ADB-dən əldə etdiyi məlumata görə, bank vəsaiti “Azərbaycan Dəmir Yolları” QSC-də korporativ və institusional islahatların aparılması və qurumun maliyyə restrukturizasiyası, həmçinin Şimal-Cənub dəmir yolu dəhlizi boyunca dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üçün ayırır.
Həmçinin, bu maliyyələşmə kompüterləşdirilmiş yük əməliyyat və yüklərin izlənməsi sisteminin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını da əhatə edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/adb-azerbaycana-1-mln-dollarliq-yardim-paketini-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR