Suriyada partlayış - Ölən və yaralananlar var

Suriyada partlayış - Ölən və yaralananlar var
15:37 3 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada dəhşətli terror hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Suriyanın Hama şəhərində Əl-Asi meydanında terrorçu-intiharçı özünü partladıb.

Hadisə nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar olduğu bildirilir.

Məlumata görə, hadisə yerində həkim, polis, yanğınsöndürən briqadalar işləyir. Meydanın ərazisi hərbçilər tərəfindən mühasirəyə alınıb. Ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR