Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi üzrə yeni əməkdaşlıq

Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi üzrə yeni əməkdaşlıq
15:42 3 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin "AYESAŞ" şirkəti ilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb

AMEA-dan Trend-ə verilən məlumata görə, Bakıda "ADEX 2016" II Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Türkiyənin "AYESAŞ" şirkəti ilə AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sənədi AYESAŞ-ın baş direktoru Əziz Sipahi və Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev imzalayıblar.

Memoranduma əsasən, Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələr üçün də birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR