Bakıda şagird müəllimlərə HÜCUM ETDİ: müəllimin gözü kor oldu

Bakıda şagird müəllimlərə HÜCUM ETDİ: müəllimin gözü kor oldu
15:42 3 Oktyabr 2016
784 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Suraxanı rayonunda şagird müəllimlərə hücum edib və onlardan birinə xəsarət yetirib.

Milli.Az publika.az-a istinadən bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.
İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimin sifətinə xəsarət yetirib.
Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.
Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimlərə də hücum edib.
Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR