Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiyada ÜDM-in həcmi 2016-cı ilin yanvar-avqust ayları ərzində illik müqayisədə 0,7% azalma göstərib. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiya İqtisadi İnkişaf Nazirliyi verib.
Nazirlik həmçinin bildirib ki, mövsümi amillərdən kənar ÜDM-də ilin ilk 8 ayında dəyişiklik qeydə alınmayıb.
Bununla yanaşı, Rusiyanın müsbət xarici ticarət saldosu yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə 48,8% azalıb. Avqustda ölkədə pərakəndə ticarət dövriyyəsi (mövsümi amillər nəzərə alınmadan) 0,1% azalıb.