Suriyanın Həma şəhərində partlayış olub, ölənlər var

Suriyanın Həma şəhərində partlayış olub, ölənlər var
16:07 3 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriyanın Həma şəhərinin mərkəzi meydanında terrorçu-kamikadze özünü partladıb.
"Report" "Sputnik"ə istinadən xəbər verir ki, hadisə nəticəsində dinc əhali arasında ölən və yaralananlar var.
Yerli polisin məlumatına görə, üzərində intihar kəməri olan terrorçu-kamikadze özünü şəhərin mərkəzindəki Assi meydanında partladıb. 
"Ölən və yaralananlar var, onların sayı müəyyənləşdirilir" - polisdən bildirilib.
Suriya televiziyası isə terror hücumu zamanı iki partlayış olduğunu xəbər verib. İkinci partlayış Əl-Kabir rayonuna girişdə baş verib.
Qeyd edək ki, Həma Suriyanın dördüncü böyük şəhəridir. Hazırda şəhərə hökumət qoşunları tərəfindən nəzarət edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/suriyanin-hema-seherinde-partlayis-olub-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR