Ordumuz Naxçıvanda komanda-qərargah təlimləri keçirir

Ordumuz Naxçıvanda komanda-qərargah təlimləri keçirir
16:14 3 Oktyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb.

 

Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və birləşmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə ərazimizə qarşı düşmənin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetirəcək. Eni zamanda bölmələr silahlanmalarında olan yeni və müasir raket-artilleriya sistemləri, aviasiya vasitələri, digər silah və döyüş texnikasının tətbiqi ilə qarşı tərəfin müdafiəsinin dərinliyindəki hərbi-strateji obyektlərin məhv edilməsi tapşırıqlarını da icra edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR