Diaspor rəhbəri azərbaycanlı tələbələrlə görüşüb

Diaspor rəhbəri azərbaycanlı tələbələrlə görüşüb
16:17 3 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbərliyi Əskişəhər Universitetində təhsil alan birinci kurs tələbələri ilə görüş keçirib.
Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbərliyi azərbaycanlı tələbələrin problemlərini dinləyib və yaxın vaxtlarda çətinliklərin aradan qaldırılması üçün bütün tədbirlərin görüləcəyini deyib.
Dərnəyin fəaliyyəti barədə məlumat verən Cavid Aydın isə təşkilat olaraq tələbələr üçün seminar, konfrans və müsabiqələrlə yanaşı, Eskişehir sakinlərinə Azərbaycanı tanıtmaq məqsədilə müxtəlif tədbirlər təşkil etdikərini bildirib. Təşkilat rəhbəri Eskişehirdə yaşayan bütün azərbaycanlılar, o cümlədən azərbaycanlı tələbələrin hər bir istəyinə dərnəyin qapılarının açıq olduğunu deyib. Azərbaycanlı tələbələrin inkişafı üçün keçirilən bilik yarışmalarının bu il də nəzərdə tutulduğunu qeyd edən C.Aydın “Buta” təhsil müsabiqəsinin bu il altı fənn üzrə keçiriləcəyi barədə tələbələləri məlumatlandırıb.
Görüşdə Eskişehirdə təhsil alan 60 nəfərə yaxın azərbaycanlı tələbə iştirak edib.





Xəbərin orijinal ünvanı: http://report.az/diaspor/diaspor-rehberi-azerbaycanli-telebelerle-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR