Bakıda “Çiçəklən, ana yurdum” konserti olacaq

Bakıda “Çiçəklən, ana yurdum” konserti olacaq
16:31 3 Oktyabr 2016
51 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Çiçəklən, ana yurdum” adlı konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan Axşam.az-a bildirilib ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Konsert çərçivəsində Azərbaycan aşıq sənətinin inkişaf tarixindən, milli musiqi sənətimizin hazırkı vəziyyətindən söz açılacaq.

Daha sonra aşıq musiqisindən ibarət konsert proqramı təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR