Kubra Əliyeva səhnədən getdi

Kubra Əliyeva səhnədən getdi
17:21 3 Oktyabr 2016
258 Şou
Ölkə mətbuatı
A- A+

“Hələ arzularım var. Oğlum Rauf dünyasını dəyişdi, onun 13 yaşlı övladı Ağəli qalıb”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Kubra Əliyeva deyib.

Aktrisa “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, tək istəyi nəvəsini boya-başa çatdırmaqdır:

“Nəvəm yeddinci sinifdə oxuyur. Tək istəyim Ağəliyə bir gün ağlamaqdır. Rəbbim mənə o günə qədər nəfəs versin. Verməsə də, qismət. Torpaqdan gəlmişik, torpağa da gedəcəyik".

K.Əliyeva bundan sonra heç bir filmdə, serialda rol almayacağını söyləyib:

“Ancaq elə-belə verilişlərə çıxa bilərəm. Səhnəni yuxuda görürəm. Çox istədirdim yeni tamaşada oynayım, amma güc lazımdır. Buna dözə bilmərəm. Evdə iş görəndə belə, tez yoruluram. Kimyaterapiya gücümü alıb. Səhnədə tərəf müqabillərim də qalmayıb, hamısı bu dünyadan köçdü. Hamısı üçün darıxıram, əvəzolunmaz sənətkarlar idi”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR