Mərhum prezidentin milyarder qızını dəlixanaya saldılar - fotolar

Mərhum prezidentin milyarder qızını dəlixanaya saldılar - fotolar
17:26 3 Oktyabr 2016
696 Şou
Ölkə mətbuatı
A- A+

Keçən ay vəfat edən Özbəkistann prezidenti İslam Kərimovun milyarder qızı Gülnarə Kərimova haqqında yeni iddia ortaya atılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 44 yaşlı Gülnarənin dəlixanada saxlanıldığı iddia edilir. Bəzi mənbələr qeyd edir ki, qadını dəlixanaya saldıran İ.Kərimovdan sonra prezidentlik kürsüsünə oturan Şevket Mirziyoyevdir.

Bir vaxtlar Özbəkistanın ən varlı qadını olan G.Kərimova atasından sonra ölkənin başçısı olmağa hazırlaşırdı. Lakin Mirziyoyev onu özünə rəqib gördüyü üçün atasının ölümündən dərhal sonra Gülnarəni dəlixanaya atdırıb.

Xatırladaq ki, Harvard Universitetinin məzunu olan Gülnarə 2014-cu ildə adı bir rüşvət qalmaqalında hallandığı üçün ev həbsində olub. Kərimova eyni zamanda yarıçılpaq fotoları ilə ölkəsində gündəm yaratmışdı. Hətta fotoları görən prezidentin qızına sillə vurduğu iddia edilmişdi.





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR