Boks üzrə dünya çempionu karyerasını başa vurduğunu açıqlayıb

Boks üzrə dünya çempionu karyerasını başa vurduğunu açıqlayıb
17:42 3 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə super ağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurduğunu açıqlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə boksçu özü "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Boks indiyə qədər məşğul olduğum ən darıxdırıcı şeydir. Mən dahiyəm və gedirəm. Xoşca qalın", - T.Fyuri yazıb.
Ümumiyyətlə, daha əvvəl boksçunun dopinq-testinin müsbət nəticələndiyi və onun kokain qəbul etdiyi məlum olub. Test idmançıdan sentyabrın 22-də götürülüb. T.Fyury 28 yaşındadır və karyerasını məğlubiyyətsiz başa vurub. Onun aktivində 18-i nokautla olmaqla 25 qələbə var.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/boks-uzre-dunya-cempionu-karyerasini-basa-vurdugunu-aciqlayib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR