"Kəpəz" yenə rəqib tanımadı - Qaragünlü "Neftçi"

"Kəpəz" yenə rəqib tanımadı -   Qaragünlü "Neftçi"
17:47 3 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında I dövrə başa çatıb. 7 turda baş tutan 28 qarşılaşmada stadionlara toplaşan ümumi azarkeş sayı müəyyənləşib.

28 matçı ümumilikdə 55828 nəfər izləyib. Bu hər oyuna orta hesabla 1993 nəfərin toplaşması deməkdi.

Azarkeşlər ötən mövsümkü kimi, ən çox "Kəpəz"in oyunlarına maraq göstərib. Gəncə klubunun 3 ev oyununu 29238 nəfər izləyib (orta hesabla hər matçda 9746 nəfər). Bu ümumi azarkeş sayının yarısından çoxdu.

Ən az azarkeş AZAL-ın oyunlarında olub. "Təyyarəçilər"in 2 ev matçını 650 nəfər izləyib. Ölkə futbolunun "flaqman"ı hesab olunan "Neftçi" ümumi sıralamada 5-ci ola bilib. "Ağ-qaralar"ın 4 ev oyununa 3750 nəfər maraq göstərib ki, bu da hər matçda orta hesabla 937 azarkeşin olması deməkdi.

Klub

Oyun

Aarkeş

Orta hesabla

1

Kəpəz

3

29238

9746

2

Qəbələ

5

6600

1320

3

Sumqayıt

4

5490

1372

4

Qarabağ

3

4100

1366

5

Neftçi

4

3750

937

6

İnter

4

3700

925

7

Zirə

3

2300

766

8

AZAL

2

650

325

Cəmi

28

55828

1993


Turlar üzrə ən yaxşı göstərici 6-cı həftdədə olub. Həmin turun 4 matçını 15938 nəfər izləyib (orta hesabla 3984nəfər). IV turda stadionlara toplaşanların sayı 13350 nəfər olub (orta hesabla hər oyunda 3337 nəfər). Bu iki turda "Kəpəz"in ev oyunları baş tutub.

Ən zəif göstərici isə I turda qeydə alınıb. Start həftəsində cəmi 3850 nəfər stadiona üz tutmaq zəhmətinə qatlaşıb ki, bu hər matçda orta hesabla 962 nəfərin olması deməkdi.

Tur

Tamaşaçı

Orta hesabla

I tur

3850

962

II tur

7570

1892

III tur

5300

1325

IV tur

13350

3337

V tur

3920

980

VI tur

15938

3984

VII tur

5900

1475

Cəmi

55828

1993


8 turun qarşılaşmaları 8 stadionda keçirilib. Ən çox azarkeş sayı "Kəpəz"in ev oyunlarını keçirdiiyi Gəncə sşəhər stadionunda toplaşıb -3 oyun, 29238 nəfər (orta hesabla hər matçda 9746 nəfər). 

Ən çox oyun "Əlincə Arena"da keçrilib. Bu stadionda 11 qarşılaşma baş tutub və onları 7150 nəfər izləyib (orta hesabla hər oyuna 1021 nəfər).

Klub

Oyun

Aarkeş

Orta hesabla

1

Gəncə şəhər stadionu

3

29238

9746

2

"Əlincə Arena"

7

7150

1021

3

Qəbələ şəhər stadionu

3

5800

1933

4

"Kapital Bank Arena"

4

5490

1372

5

"İnter Arena"

4

3700

925

6

Zirə İdman Kompleksi

3

2300

766

7

"Dalğa Arena"

2

800

400

8

"AZAL Arena"

2

650

325

Cəmi

28

55828

1993


I dövrənin ən çox azarkeş cəlb edən qarşılaşması "Kəpəz" - "Qarabağ" görüşü olub. VI turun matçında Gəncə şəhər stadionuna 14238 tamaşaçı toplaşıb.

2-3-cü yerləri də "Kəpəz"in oyunları tutur. IV turun "Zirə" matçında stadiona 10000, II turun AZAL-la qarşılaşmasında 5000 tamaşaçı gəlib.

I turun "Qəbələ" - "Kəpəz" ("Qəbələ" ev oyununu "Dalğa Arena"da keçirib) və VI turun AZAL - "İnter" matçında cəmi 300 nəfər olub.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquot-yen-rqib-tanmad-t53057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR