Azərbaycanda direktor “zavuç”u döydü - Arvadına görə

Azərbaycanda direktor “zavuç”u döydü - Arvadına görə
17:48 3 Oktyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamda direktor “zavuç”u döyüb.

Hadisə Səfərli kənd orta məktəbində qeydə alınıb. Belə ki, məktəbin direktor müavini Şirazi Ağayev tarix müəlliməsi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib. “Zavuç” müəllimənin dərsə gəlməmə səbəbini öyrənmək üçün onun həyat yoldaşı Fəqani Səfərovla əlaqə saxlayıb. F. Səfərov isə ona ağır cavab verib. “Gəlməyib yaxşı edib, sənə nə?” deyərək, Ş.Ağayevi hədələyib. Daha sonra isə F. Səfərov direktor müavini ilə “söhbət” etmək üçün Səfərli kənd orta məktəbinə yollanıb. Burada isə kişilərin mübahisəsi böyüyüb.

Fəqani Səfərov Şirazi Ağayevə hücum çəkərək ona bədən xəsarətləri yetirib. Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan saytımıza verilən məlumata görə, ilkin tibbi yardımdan sonra xəstə evə buraxılıb.

Məlumat üçün bildirək ki, Fəqani Səfərov Ağdam rayonunda yerləşən digər məktəbin – Baharlı kənd orta məktəbinin direktorudur. (Aznews.az0


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR