İranın gündəlik neft hasilatı 4 mln. bareli ötüb

İranın gündəlik neft hasilatı 4 mln. bareli ötüb
17:52 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın gündəlik neft hasilatının həcmi 4 mln. bareli keçib. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İran milli neft şirkətinin rəhbəri Ali Kardor bildirib. 
"Hazırda bizə neft hasilatının həcmi məsələsində təzyiqlər edilir. Bununla belə, mürəkkəb və gərgin danışıqlara baxmayaraq biz 4 mln. barel/gün hasilat hədəfini yaxalaya bildik", - deyə o, qeyd edib.
Xatırladaq ki, İran Neft İxrac Edən Ölkələr Birliyinin - OPEC-in bundan əvvəl Dohada keçirilən sammitində hasilatı 4 mln. barel/günə çatdırdıqdan sonra istehsalın dondurulması və yaxud azaldılması danısıqlarına başlayacağını bildirib. Məhz bu səbəbdən, Doha sammiti neft hasil edən ölkələrin qiymətini tənzimləmələri baxımından uğursuz olub. Lakin, İranın gündəlik hasilatı istədiyi səviyyəyə çatdırması noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti OPEC sammitinində razılığın əldə olunmasına ümidləri artırır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-ranin-gundelik-neft-hasilati-4-mln-bareli-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR