Latviya Seyminin sədri: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır"

Latviya Seyminin sədri: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır"
18:52 3 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviya Seyminin sədri xanım İnara Murniesenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xanım İnara Murniese Azərbaycana səfəri çərçivəsində ölkəmizdəki inkişafa və Bakı şəhərinin gözəlliyinə heyranlığını söyləyərək, nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
Görüş zamanı Azərbaycan-Latviya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Xanım İnara Murniese ölkəsinin Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib.
Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və parlament diplomatiyasının əhəmiyyətinə də toxunulub. Xanım İnara Murniese Latviya Parlamentində Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin çox fəal olduğunu deyib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə bağlı aparılan son danışıqlar barədə ətraflı məlumat verərək, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsi cəhdinin qəbuledilməz olduğunu vurğulayıb.
Xanım İnara Murniese Latviyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyini bildirib.
E.Məmmədyarov Latviyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. O, həmçinin Latviya Parlamentinin 53 üzvünün iştirakı ilə Xocalı soyqırımına dair bəyanatın qəbul olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/latviya-seyminin-sedri-dagliq-qarabag-munaqisesi-azerbaycanin-beynelxalq-seviyyede-taninmis-serhed1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR