Tehranda neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcək

Tehranda neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcək
19:17 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, forum oktyabrın 8-9-da baş tutacaq. Bununla əlaqədar, neft-qaz və neft-kimya sahələri üzrə Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri, biznesmenlər və sahibkarlardan ibarət 5 nəfər şəxs sözügedən forumda iştirak etmək məqsədilə İrana səfərə dəvətlidirlər.
Forum haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya (Fuad Cəfərov, Tel: +99412 5980147/ 48 (daxili 141), E-poçt: fceferov@azpromo.az) müraciət edə bilərlər.
Qeyd edək ki, dəvət olunan şəxslərin iki gün yarım (iki gecə və bir gündüz) ərzində İranda dörd ulduzlu hoteldə qalması ilə bağlı xərclər tədbirin təşkilatçıları tərəfindən ödəniləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/tehranda-neft-qaz-ve-neft-kimya-uzre-beynelxalq-forum-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR