BDU Katolik Universiteti ilə əməkdaşlıq edəcək

BDU Katolik Universiteti ilə əməkdaşlıq edəcək
19:18 3 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Uruqvay Katolik Universiteti İslam kafedrasının və Ərəb Humanitar Təhsili Ümumdünya departamentinin müdiri, ərəb və islam araşdırmaları üzrə fəlsəfə doktoru Susana Manqana Bakı Dövlət Universitetində olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmovla görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib. BDU-da ərəb dili və ədəbiyyatının tədrisindən, ərəb elmi məktəblərindən danışan rektor bu istiqamətdə birgə fəaliyyətdən söz açıb. Susana Manqana universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını deyib. Görüşdə, eyni zamanda birgə seminar və konfransların keçirilməsi, yay məktəblərinin təşkili də müzakirə edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/170801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR