Elnurdan Günaya cavab: "Ən yaxşı şeyləri onun üçün etdim"

Elnurdan Günaya cavab: "Ən yaxşı şeyləri onun üçün etdim"
19:27 3 Oktyabr 2016
150 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimlinin küsülü olduğu dostu, stilist Elnur Həsənovla bağlı dediklərinə qarşı tərəfdən cavab gəlib. 

Axşam.az-ın məlumatına görə, Elnur "Xəzər maqazin"ə açıqlamasında ifaçının dediyi "Elnuru mən tanıtdım" sözlərinə etiraz edib:

"Duz-çörək kəsmişik. Bu söhbəti bağladım, mənim üçün önəmli deyil. Vizajistin sabah da işi olacaq, pulunu qazanacaq. Günay da müğənnidir, toya gedir, qonorarını alır. Bizim bir-birimizdən asılılığımız yoxdur. Günay məni "məsuliyyətsiz" adlandırdı. Məni hamı yaxşı tanıyır, işimə də bələddirlər. Deyir ki, onu mən tanıtdım. Mən bu işə başlayandan tanınmış müğənnilər ətrafımda olublar. Televiziyanın içərisində çalışanda adım aparıcılarla hallanırdı. Günay "Yeni ulduz"da və "Eurovision"da olanda mənim yanıma gəlirdi. Demək, tanınırdım ki, mənim yanıma gəlirdi də. Dostlaşandan sonra isə ən yaxşı şeyləri ona edirdim, mənə qulaq da asırdı. Onunla yaxşı işlərimiz olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/475705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR