“Valensiya” Prandellini təqdim etdi

“Valensiya” Prandellini təqdim etdi
20:47 3 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+


İspaniyanın “Valensiya” klubu yeni baş məşqçisi Çezare Prandellini ictimaiyyətə təqdim edib.  Fanat.Az xəbər verir ki, Mestalyada baş tutan tədbirdə klub prezidenti Layhon Çan və idman direktoru Xesus Qarsiya iştirak ediblər.


Son iş yeri Türkiyənin “Qalatasaray” klubu olan 59 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.


Qeyd edək ki, Prandelli daha öncə “Roma”, “Fiorentina” kimi klubları, eləcə də, İtaliya millisini çalışdırıb. 



Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR