Səudiyyə Ərəbistanından MARAQLI QƏRAR: xristianların yolu ilə gedirlər

Səudiyyə Ərəbistanından MARAQLI QƏRAR: xristianların yolu ilə gedirlər
21:12 3 Oktyabr 2016
447 Maraqlı
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı oktyabrın 1-dən etibarən hicri təqvimindən imtina edərək qriqoryan təqviminə keçib və hazırda bu ölkədə də rəsmən 2016-cı ildir.

Virtualaz.org Britaniyanın "İndependent" nəşrinə istinadən xəbər verir ki, xristian təqviminə keçməkdə məqsəd neftin qiymətinin düşməsi ilə əlaqədar yaranmış maliyyə çətinliklərinin bəzilərinin aradan qaldırılmasıdır.

Belə ki, qriqorian təqviminə keçid hər ili təxminən 11 gün uzadır və başqa sözlə, dövlət qulluqçuları aldıqları məvacibə görə 11 gün əlavə işləməli olacaqlar.

Mənbə bildirir ki, Səudiyyə Ərəbistanı yarandığı 1932-ci ildən bəri ay dövlərinə əsaslanan hicri təqvimdən istifadə edirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR