Bağdadda partlayışlar: 10 ölü, 30 yaralı

Bağdadda partlayışlar: 10 ölü, 30 yaralı
21:47 3 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə,  şəhərin cənub-qərb hissəsində, bazarda terrorçu-kamikadze tərəfindən törədilən partlayışda 6 nəfər ölüb, 16 nəfər yaralanıb.
 
Digər terror aktı taksi dayanacağında qeydə alınıb. Burada baş verən partlayış 4 nəfərin həyatına son qoyub, 18 nəfər yaralanıb.
 
Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR