Şirvanda meyidii tapılan şəxsin kimliyi dəqiqləşdirilib

13:17 5 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində meyidi tapılan kişinin şəxsiyyəti müəyyən edilib.
 
Şirvan Şəhər Prokurorluğundan APA-ya verilən xəbərə görə, yanvarın 4-də səhər saatlarında şəhərin baş Şirvan kollektorunun sahilində  meyidi tapılan şəxsin Şirvan sakini, 1981-ci il təvəllüdlü Quliyev Səfa Salman oğlu olduğu aydınlaşıb.
 
Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində aparılan ilkin müayinənin nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Ölümün nədən baş verdiyi ekspertizanın nəticələrindən sonra aydınlaşacaq.
 
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR