Mərhum prezidentin qızını dəlixanaya saldılar

Mərhum prezidentin qızını dəlixanaya saldılar
22:23 3 Oktyabr 2016
341 Digər
Ölkə mətbuatı
A- A+

Özbəkistan prtezidenti İslam Kərimovun vəfatından sonra onun qızı Gülnarə Kərimova psixiatriya xəstəxanasına yatırılıb. Bu xəbəri bu gün öz mənbələrinə istinadla Türkiyənin NTV telekanalı yayımlayıb.

Telekanalın bildirdiyinə görə, Gülnarə Kərimova faktiki olaraq Özbəkistandakı hakimiyyət uğrunda mübarizədən kənarlaşdırılıb. Mənbənin məlumatına əsasən, Gülnarə Kərimova dəlixanaya Özbəkistan prezidentinin vəzifələrini icra edən Şövkət Mirzəyevin göstərişi ilə salınıb.

Virtualaz.org xəbər vrir ki, işin təfərrüatları barədə əlavə məlumat verilmir. Əlavə edlir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov (prezidentin nəvəsi) anası ilə əlaqə yarada bilmir.

Qeyd edək ki. Gülnarə Kərimova bu yaxınlara qədər Özbəkistanda ən nüfuzlu siyasi fiqurlardan idi. Ard-arda bir neçə beynəlxalq maliyyə qalmaqalından sonra təxminən 5 il öncə onun işləri pis getməyə başlamışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR